Home » Sosial, Təhsil sektoru, Ümumi » Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna start verildi

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna start verildi

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, iyulun 1-dən Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb.
Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib.
Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul 2014-cü il tarixində saat 18:00-da başa çatacaqdır. 16-19 iyul 2014-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcəkdir. İmtahanlara 21 iyul 2014-cü il tarixindən başlanılması nəzərdə tutulub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*