Messiyə fantastik təklif və gözlənilən ən bahalı transfer…
|
İngiltərinin “Mançester Siti” klubu Lionel Messiyə fantastik şərtlərlə müqavilə təklif edib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Şəhərli”lər argentinalı ulduz Messinin müqaviləsində yer alan 250 milyonluq maddəni ödəyəcəklərini açıqlayıblar.
Futbol tarixinin ən böyük təklifini etməyə hazırlaşan “Man Siti” futbolçuya illik 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Son olaraq “Sevilya” matçında sərgilədiyi oyunla La Liqa tarixinin ən qolçu futbolçusu ünvanına sahib olan Messi ingilis klubun diqqətindədir.
İsgilis təmsilçisi hətta futbolçunun reklam və forma gəlirlərinin də özünə verəcəyini ifadə edib. Əgər bu transfer gerçəkləşərsə, bu futbol tarixinin ən bahalı keçidi olacaq.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒