Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Məşhur biznesmen Araz Ağalarov: Öz obyektlərimi sıfırdan qurmuşam

Məşhur biznesmen Araz Ağalarov: Öz obyektlərimi sıfırdan qurmuşam

Rusiyada yaşayan azərbaycanlı sahibkar, “Crocus Group” holdinqinin prezidenti Araz Ağalarov Rusiyanın nüfuzlu “Komsomolskaya Pravda” qəzetinə müsahibə verib. Qəzetin müxbiri Aleksandr Qamov Araz Ağalarovla müsahibəni sahibkarın şəxsi “Qolfstrim-550” təyyarəsində Vladivostokdan Moskvaya gedərkən alıb. AgahMedia.Com informasiya portalı ANS PRESS-ə istinadən, müsahibəni oxucularına təqdim edir:

– … Araz İsgəndəroviç siz yatırsınız?

– Hələ yox. Nə olub ki?

– Dumaya seçkilər “gözlənilməz” nəticə ilə yekunlaşdı. İndi isə prezident seçkisi öncəsi seçkiqabağı kampaniya qızışır. Mən isə başqa bir şey soruşmaq istəyirəm. Siz bizim indi uçduğumuz “Qolfstrim-550” təyyarəsini neçəyə almısınız?
– 44 milyona.

– Rubla?
– Dollara.

– Ümumiyyətlə əgər sirr deyilsə, bir sahibkar kimi nə qədər toplaya bilmisiniz?
– Kvadrat metrlə? Milyonu ötüb.

– Rusiyada sizin kimi sahibkar yəqin ki, yoxdur.
– Düşünürəm ki, var.

– Bu, rublla nə qədərdir?
– Hesab edirəm ki, 120 milyard.

– Yəqin ki, gəlirləriniz də millyardlarladır, düzdür?
– Milyardlarla gəlir, milyardlarla borc.

– “Forbes” jurnalının reytinqinə əsasən siz neçənci pillədəsiniz?
– Həmin reytinqdə neçənci yerdə qərarlaşdığımı xatırlamıram… Siz bütün bunları nə üçün soruşursunuz? Birdən-birə Dumaya seçkilər, prezident seçkiləri və mənim əmlakım barədə soruşmağa başladınız …

– Heç bilmirəm bunu necə soruşum… Qorxmursunuz ki, əhalinin müəyyən təbəqəsi bir vaxt yığışaraq sizdən təyyarənizi ala bilərlər?
– Xeyr qorxmuram. Təyyarəni nə edirəm? Təyyarəsiz də yaşamışam, bundan sonra da təyyarəsiz yaşaya bilərəm.

– Əgər “Crocus-City” əlinizdən alınırsa…
– Qoy olsun… Qorxulu heç bir şey yoxdur.

– Siz ciddi deyirsiz?
– Əgər, Allah bizim həyatımızı əlimizdən alırsa, təyyarə və Krokuslardan yapışmağın mənası varmı? Əgər biz öləcəyimizi biliriksə-maddi dəyərlər haqqında fikirləşməyə dəyərmi?

– Bəs onda nəyə görə ildə 20 dəfə şəxsi “Qolfstrim-550” təyyarənizlə Vladivostoka və Ruskiy adasına səfər edirsiniz?
– Bəs siz nəyə görə məndən müsahibə götürürsünüz? Bunda məqsədiniz nədir? Siz özünüz də mənimlə birlikdə Vladivostoka uçurdunuz.

– Mən? İşə getməyə həvəsim yox idi…
– Bunu sizə kim məcbur edir?

– Sunqorkin, baş redaktorumuz. O da kapitalistdir. Bizim qəzet də özəl şirkətdir.
– Bu cür işləməyə getməyin!

– Bəs onda nəyin hesabına yaşayaram?
– A-a-a… Hər şey aydındır.

– Doğurdan da belə hesab edirsiniz ki, halal zəhmətlə qazandığınız əmlak əlinizdən alınacağı təqdirdə dövlət sizi müdafiə etməyəcək? Bizdə Medevedevlə Putin liberal bazar siyasəti həyata keçirirlər. Kiminsə əlindən nə isə alaraq başqası ilə bölə biləcək Zyuqanovun isə hakimiyyətə gələcəyi hələ ki, real görünmür…
– Həyatda hər şey gözlənilməz və nisbidir… 1988-ci ildə düşünmək olardı ki, SSRİ dağılacaq? Mümkün deyildi.
– Prinsipcə yox.
– Bu barədə çox danışmaq olar. Buna görə də bir dəqiqədən sonra nə baş verəcəyini bilmək mümkün deyil. Ancaq siz dövlətin nədənsə müdafiə edəcəyi barədə hansısa proqnozlar yürütməyə çalışırsınız. Dövlət özü-özlüyündə heç nədən qoruya bilməz. Yanğından, zəlzələdən, qlobal soyuqlaşmadan, qlobal istiləşmədən, meteoritdən, asteroiddən… Bəlkə də bizim danışdığımız zaman bizə doğru hansısa əşya…

– Oy lazım deyil! Hesab edirsiniz ki, kommunistlər hakimiyyətə gələcək?
– Mən də elə bunu deyirəm ki, lazım deyil… Ancaq həyatda hər şey baş verə bilər. Bir zaman baş nazirin dəvəti ilə Minskə uçan zaman təyyarədə 8800 metr yüksəklikdə hermetikliyin pozulması baş verdi.

– Bu təyyarədə?
– Bunda deyil, bundan əvvəlki təyyarədə. Göyərtədə məndən başqa daha üç nəfər huşunu itirmişdi. Mən hamıya oksigen maskası geyindirirdim.

– Özünüzə oksigen maskası taxmadınız ki?
-İlk olaraq digərlərinə, sonra isə özümə oksigen maskası taxdım.

– Bu an Rusiya iqtisadiyyatı yadınıza düşmədi ki?
– Yox.

– Rusiya iqtisadiyyatı qorxuludur?
– Yox, qorxulu deyil. Həmin vaxt təyyarədə hər şey tez baş verirdi. İqtisadiyyatda isə hər şey daha ləng və gözlənilən şəkildə cərəyan edir. Sən görürsən ki, bu xoşagəlməz hadisə baş verəcək. Demək istəyirsən, hətta deyirsən ki, uşaqlar indi nə isə olacaq, ancaq onlar heç bir tədbir görmürlər.

– Daha hansı xoşəgəlməz hallar baş verəcək və sizə görə hansı tədbirlər görülməlidir ki, siyasət və iqtisadiyyatda hermetikliyin pozulması baş verməsin?
– Gəlin bir qədər yataq sonra davam edərik…

Ağalarov yatır. Jurnalist isə diktofonu söndürür.

11 min metrlik yüksəlikdə. Vladivostok vaxtı ilə gecə saat 03:00. pryanik və mürəbbə ilə çay gətirirlər.

– Araz İsgəndəroviç siz yatmırsınız?
– Artıq yox. (öz-özünə deyir: “görəsən özümlə jurnalist nəyə görə götürürdüm?”) Sizə nə var ki, mənim yuxum gəlmir?

– Öz-özlüyümdə fikirləşirəm ki, mənim də Araz Ağalarovdakı qədər pulum olsa idi, işə getməzdim, ən azı 12 saat dayanmadan çalışmazdım…
– Mən sizə bir şey deyim. Hətta mənim Russkiy adasında tikililərimin olmadığı və özümə işlədiyim zamanlarda bir yerə istirahətə getdikdə 2-3 gündən sonra bezirdim. Gərgin qrafiklə işləyən adamlara dincəlmək çox çətindir. Sən başa düşürsən ki, nə isə maraqlı bir şey yaratmaq əvəzinə, vaxtını boş yerə sərf edirsən.

– Bütün günü Russkiy adasında gəzməyin nəyi yaxşıdır ki? Mən hiss edirəm ki, siz daim nə haqdasa düşünürsünüz. Bir az əvvəl yatmazdan əvvəl yuxu dərmanı içdiyinizi gördüm. Bütün bunlar nəyə lazımdır?
– Lazımdır.

– Kiməsə nə isə sübut etmək istəyirsiniz?
– Yox, heç kimə heç nəyi sübut etmək istəmirəm.

– Siz nəyə nail olmağa çalışırsınız? Siz insanlar üçün xeyirli olan nə edə bilərsiniz? Biznes insanları istismar etdiyinə görə mahiyyət etibarilə cəmiyyətə zidd bir anlayışdır. Siz Russkiy adasında nə qədər insanları əsarətdə saxlayırsınız…
– Siz həqiqətən belə düşünürsünüz, yoxsa bunu müsahibə xatirinə soruşursunuz?

– Necə istəyirsiniz elə də fikirləşin.
– Siz deyirsiniz istismar edirəm, mən isə deyirəm ki, 10 min nəfər insanı işlə təmin etmişəm. Onların bu cür işi yox idi…

– Siz Əmək Qanunları Məcəlləsini pozaraq valeryan içirsiniz. Onları isə çox işləməyə məcbur edirsiniz.
– O işçilər hər ay min dollardan yuxarı məvacib alırlar. Bundan başqa onlara gün ərzində üç dəfə yemək və xüsusi geyim verilir. Orada bir il işləyən şəxs şərti olaraq 12 min dollar qazanır. Bunu istismar adlandırmaq olar?

– İstər Russkiy adasında olsun, istərsə Russkiy adasında olmasın, rus insanı pivə içməyə, avara-avara gəzməyə futbola getməyə öyrəşib…
– Bax elə buna görə də mən yol çəkməyə filippinliləri və braziliyalıları dəvət etmişəm.

– Mən onları görmüşəm. Ancaq onların sayı cəmi 60 nəfərdir.
– Mən bura bütün Filippin və Braziliya əhalisini gətirə bilmərəm. Özümüzünkülərə də iş lazımdır. Qoy onlara baxaraq öyrənsinlər.

– Sizin kimi insanlara görə kəndlərdə rus kişiləri bilmirlər özlərini hara qoysunlar. Onlar içə bilmirlər…
– Onlar necə içiblərsə elə də içəcəklər, necə işləməyiblərsə bundan sonra elə də işləməyəcəklər.

– O zaman onlar yaşamayacaqlar.
– Nəyə görə yaşamayacaqlar?

– Ona görə ki, sizə görə sosializmin sonu çatdı. Sizin kimilərə görə…
– Bircə saniyə! Ona görə yaşamayacaqlar ki, kommunal qiymətləri artırıblar? Bu qiymətləri kim qaldırıb? Hökumət?

– Doğrudur.
– Buna görə, də etirazınızı mənə yox hökumətə bildirin. Mən ki, kommunal qiymətlərə cavabdeh deyiləm. İnsanlara kommunal xərcləri ödəmək çətindirsə, bunda biznesmenin nə günahı var?

– Rusiyanın bəzi vətəndaşları xüsusilə yaşlı təbəqə bu cür işləməyə və yaşamağa öyrəşməyib. Babalar və atalar cəbhədə ona görə vuruşmayıblar ki, onların övladları oliqarxlar və burjuaya bütün sutkanı işləsinlər.
– Onda qoy avtomobil alaraq taksiçiliklə məşğul olsunlar. Onları oliqarxlara işləməyə kim məcbur edir ki?

– Siz, varlılar, burjua bütün iqtisadiyyatı öz aranızda bölmüsünüz. Hökumət və prezident də sizə dəstək verir.
– Bircə saniyə. Şəxsən mənə heç kəs dəstək verməyib. Böhran vaxtı da, heç yerdə və heç vaxt. Bu bir… İkincisi isə mən özəlləşdirmədə iştirak etməmişəm. Öz obyektlərimi sıfırdan qurmuşam. Bütün Krokusu bataqlığı təmizləyərək təmiz məkanda qurmuşam. “Veqas” da həmçinin. Mən heç kimdən heç nə istəməmişəm. Vladivostokda və eyni zamanda Moskvada 10 min nəfəri işlə təmin etmişəm.

– Belə başa düşürəm ki, hazırda 20 min nəfəri istismar edirsiniz?
– Yox. Bir daha təkrar edirəm. Mən kiminsə əlindən zavod almamışan, onu özəlləşdirməmişəm. Ekoloji təmiz məkanda müəssisə tikərək insanları yüksək məvaciblə işə dəvət etmişəm. Bu insanlar ailə saxlayırlar. Bundan başqa biz onlara görə, vergi veririk. Onlar özlərinə görə də vergi verirlər. Büdcəyə il ərzində bunun hesabına milyardlarla rubl daxil olur. Bizdə sərgi keçirilən zaman 50 min, avtosərgi zamanı isə 100 mindən daha çox insan işlə məşğul olur. Mən buna istismar yox, iş yerləri və məvacibin təqdim edilməsi deyərdim.

– Buna görə dövlət sizə dəstək verir?
– Mən hesab edirəm ki, dövlət mənə kifayət qədər dəstək vermir. İstənilən başqa ölkədə məni daha çox dəstəkləyərdilər.

– Sizin dövlətə hər hansı etirazınız var?
– Mənim heç kimə qarşı heç vaxt etirazım olmayıb.

– Siz bir vaxtlar “KP”radionun efirində “Vladimir Putinin vergiləri artırmaq lazımdır” sözündən sonra – bölüşmək istəmirik, ancaq buna məcburuq demişdiniz. Doğrudur?
– Mən belə söz deməmişəm.

– Bu necə ola bilər? Ümumiyyətlə, dövlət biznesmenləri fərqləndirməlidirmi? Bəzi oliqarxlar ölkəni çapıb-talayaraq idman klubları, yaxtlar alırlar… Siz oliqarxsınız, yoxsa yox?
– Məni necə istəyirsiniz elə də adlandırın. Dövlət əvvəla özünü talamağa icazə verməməli idi. 90-cı illərdə baş verən özəlləşdirmə ilə razı deyiləm. Bir sahibkar kimi razı deyiləm. Bu sistem öz-özlüyündə unikal idi. Onu dağıtmaq yersiz idi. Elə özəlləşdirməyə də gərək yox idi. Bu heç bir nəticə vermədi.

– Necə heç bir nəticə vermədi? Bunun nəticəsində mülkiyyət sinfinin 96-cı sinifi formalaşdı və Boris Yeltsin seçkidə qələbə qazandı.
– Bu məsələnin Boris Yeltsinin seçkidə qalib gəlməsi və xalq təsərrüfatı effektinə nə aidiyyəti var? Bunlar bir-birilə necə əlaqəlidir?

– Heç bir əlaqəsi yoxdur, əsas seçkidə qələbə qazanmaq idi.
– Yaxşı, seçkidə qələbə qazandı. Bəs, iqtisadiyatın vəziyyəti necə olsun? Qarşıya qoyulan məqsədlərdən heç birinə nail olunmadı. Deyilirdi ki, kompaniyalararası rəqabət artacaq. Ancaq bu baş vermədi. Elektrik enerjisinin qiyməti artmaqdadır. Bir sözlə bütün iqtiqamətlərdə böyük iqtisadi səhvlərə yol verildi.

– Bəs siyasi?
– Mən siyasətlə məşğul olmuram.

– Siz necə hesab edirsiniz özəlləşdirmə məsələlərinə yenidən baxıla bilərmi?
– Yaxşısı budur yox. Artıq bir dəfə səhv edilib, ikinci səhv etməyə dəyməz.

– Bəs indi nə etmək lazımdır?
– Nə etmək lazımdı-nə etmək lazımdı… Çalışmaq lazımdır ki, vəziyyət düzəlsin.

– Siz özünüz ilkin addım kimi nəyi təklif edirsiniz? Prezidentə, hökumətə?
– İlk addım kimi gömrük rüsumu aşağı salınmalıdır. Bu hədd Kanada-ABŞ, Şimali Amerika səviyyəsində təsbit edilməlidir. Orada tarif 7, 6, 5-dir.

– Bizdə hazırda tarif nə qədərdir?
– 15,18, 20, 25. Hansı məhsul ki, bizdə istehsal olunmur və istehsalat üçün vacib mallara gömrük rüsumu ümumiyyətlə tətbiq edilməməlidir.

– Bu tədbir nə nəticə verəcək?
– Bu ona gətirib çıxaracaq ki, ölkəyə daha çox hissələr, detallar gətiriləcək. Hesab edək ki, siz həyatda nə iləsə məşğul olursunuz? Bununla yanaşı indi məni yatmağa qoymursunuz?

-Yox heç bir şeylə.
-Necə heç bir şeylə?

– Uçuram, müsahibə götürürəm, reportajlar cızma-qara edirəm, Ancaq belə heç nə ilə məşğul olmuram.
– Fotoşəkil çəkməyi xoşlayırsınız? Yox?

– Əlbəttə yox. Redaksiyada ezamiyyətlərdən pis şəkillər gətirdiyimi hesab edirlər.
– Evdə video çəkməyi də xoşlamırsınız?

– Məndə evdə kamera yoxdur.
– Yaxşı onda nümunə kimi hər hansı başqa bir adamı götürək. Sizin kimi müftəxor bir adamı. Bu insan video və foto çəkməklə məşğul olur. Eyni məşğuliyyəti sevən Amerikada yaşayan hər hansı başqa adamı da götürək. Bu adama bu işlə məşğul olmaq daha ucuz başa gəlir.

– Nə üçün?
– Ona görə ki, hər şey ucuzdur. Misal üçün bu əşyanı götürək (“KP”nin diktofonuna işarə edir – müxbir.) Siz onu haradan almısınız?

– Heç yerdən. Redaksiyadan veriblər.
– Bəs redaksiya haradan alıb?

-Bilmirəm.
– Onlar bunu Amerika redaksiyalarında olan diktofondan iki dəfə baha qiymətə alıblar. Tam iki dəfə! Bu, bütün istehsalat proseslərinə aiddir. Heç bir ölkə istehsalın bütün detallarını hazırlamır. Ancaq bizim istehsal etdiyimiz qapı heç vaxt Amerika qapısı ilə rəqabətə girə bilməz. Heç vaxt.

– Aydındır. Bəs bundan başqa?
– Biz həmişə futuristik innovasion nanotexnologiya haqqında danışırıq, hə? Bəs mən özüm orta statisik şəhərə iradəmlə nə edə bilərəm? Sənaye zonası sifariş edərdim. Bu nə deməkdir? Bu yanaşdırılmış elektrik enerjisi, kommunikasiya və sairədir. Bundan başqa hər şey üçün xüsusi anqarlar tikilərdi. Bu anqarlarda qiymət çox ucuz olardı. Bu anqarlarda bir kvadratmetrin qiyməti 300-500 dollar olardı. Şərti olaraq hər kvadratmetri 15-20 rubl olardı. Bu isə primitiv ayaqqabı və stul istehsal edən isti binalar deməkdir. Belə istehsalat sahələrində bir kavadratmetrə görə icarə haqqı 10 dollar olardı. Sizi inandırıram bundan sonra ildən-ilə hər şəhərdə insanlar hər hansı məhsulu istehsal edərək bir-birlərinə xidmət göstərməyə başlayacaqlar. Əks halda gəlin iş yerləri açaq, bizneslə məşğul olaq sözləri elə söz olaraq qalacaq.

– Dövlət sahibkarlıq proqramına dəstək vermək üçün 30 milyard rubl ayırıb. Nəticə isə nəinki sıfır, hətta mənfidir…
– Mən dövlətin yerinə cavab verə bilmərəm… Ona görə gəlin bir az da mürgüləyək…

– Yaxşı…

– Araz İsgəndəroviç…
– Yenə nə olub?

– Yaxşı oldu ki, siz oyandınız… Bir tərəfdən Putin vaxtilə hakimiyyətdə olarkən bizneslə dövlət arasında məsafə saxlanılmasının vacibliyindən danışmışdı. Digər tərəfdən isə dövlət sizə belə bir layihəni reallaşdırmağı tapşırır. Bunu bir-birilə necə əlaqələndirmək olar?
– Sualın birinci hissəsi – biznes və dövlət arasında məsafə saxlanılması dedikdə, beznesin əlində olan hakimiyyətdən istifadə edərək öz maraqları naminə istifadə edilməsi nəzərdə tutulur. (“Mən daha heç vaxt göyərtəyə jurnalist götürməyəcəm”, -deyə Araz Ağalarov özü-özünə deyir). Prinsipcə, bütün dünyada obyektləri kommersiya strukturları həyata keçirir. Amerikadakı Boeing zavodunu misal çəkim. Dövlət heç bir şey tikmir, sadəcə təşkilatçılıq funksiyalarını yerinə yetirir. İstər dünya, istərsə də müasir Rusiya praktikası onu göstərir ki, kommersiya struktura dövlət orqanından daha effektiv fəaliyyət göstərir.

– Sizi dövlətlə əlaqə qurmağa nə məcbur edir? Bir hal da ki, dövlət sizi incidir? Mən eşitdiyimə görə, ötən il 72 yoxlama olub?
– Yox bu, başqa obyektdə olub. Doğrusu mən hesablamamışam, ancaq çox olub.

– 150?
– İndi deyə bilmərəm. Yoxlamalarla yanaşı tikintinin dayandırılması, ekspertizalar, Federal Təhlükəsizlik Bürosu və Daxili İşlər Nazirliyinin iradları… Mən bütün bunları bir sözlə adlandırardım-həyat.

– Sizə qarşı cinayət işi qaldırılıb?
– Xeyr.

– Belə çıxır ki, bütün yoxlamalar nəticəsiz olub. Bir tərəfdən dövlət sizi incidir, digər tərəfdən isə siz vaxtınız və biznesinizi qurban verərək dövlət sifarişini yerinə yetirirsiniz. Deyək ki, o qədər də sərfəli olmayan bir sifarişi. Russkiy adasında işlər nə vaxtdan davam edir?
– Bu yaxınlarda 2.5 il tamam olacaq.

– Sizin yanaşmanızla götürsək onda görərik ki, bu müddət ərzində siz milyardlar qazana bilərdiniz. Düzdürmü? Ancaq siz həmin məbləği itirdiniz.
– Belə demək olmaz ki, biz həmin pulları itiririk. Əgər mən özüm üçün tiksəydim o zaman iki il ərzində 500 min kvadratmetr tikərdim. Bu isə gəlirləri artırardı.

– Siz bu müddət ərzində məzuniyyətdə olmusunuz?
-Xeyr.

– Onda sizi heç bir maddi gəliri olmayan bir obyektin tikintisi ilə məşğul olmağa nə məcbur edir? Baş ağrısından başqa? Müasir Rusiya tarixindən biz belə görmüşük, Rusiya kapitalizminin akulaları hər şeyi altlarına yığırlar.
– Elə düşünmək lazım deyil ki, biznesdə ancaq akulalar və mənsəbpərəstlərdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*