Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu təsis edildi
|
AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, Kanada Ontario Təhsil nazirliyinin 26 iyul 2011-ci il tarixli icazəsi və Kanada Dövlət Xidmətləri nazirliyinin 24 avqust 2011-ci il tarixli 1854666 saylı sərəncamı ilə Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) təsis edilmişdir. Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin bazasında fəaliyyət göstərən KATİ Azərbaycan üzrə tədqiqatlar üçün aparıcı elmi mərkəz olcaqdır.KATİ həmçinin qarşılıqlı maraq doğuran layihələr üzrə Kanadanın və Azərbaycanın digər akademik institutları, xüsusilə Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk kollecinin alimləri, tələbələri ilə sıx əməkdaşlıq edərək Azərbaycan üzrə tədqiqatların və nəşrlərin aparılması və onların əlaqələndirilməsi vasitəsi ilə Azərbaycanın nailiyyətlərini və mədəni irsini yaymaq məqsədi daşıyır.
KATİ-nin əsas hədəflərindən biri Azərbaycan İnternet Ensiklopediyasının (ingilis dilində) yaradılması yolu ilə ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, cəmiyyəti, iqtisadiyyatı, diasporu və mədəni irsini tanıtmaq, elmi ictimaiyyət, hökumət və media işçiləri üçün yüksək səviyyəli konfrans, seminar və mühazirələr təşkil etməklə iştirakçılara Azərbaycan həqiqətlərinin özünü və cari təhlilini çatdırmaqdır.
Bundan əlavə, Azərbaycan və Azərbaycan-Kanada üzrə tədqiqatlar aparan aspirant və doktorantlar üçün təqaüdlər təsis etməklə alimlərin dəstəklənməsi, eləcə də Vaterloo Universitetinin İncəsənət fakültəsi və Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk kolleci ilə birgə çalışaraq bu məktəblərin yüksək standartlarının Azərbaycan tarixinin və dilinin tədrisinə yönəldilməsi də KATİ-nin əsas məqsədlərindən biridir.
Bu kontentin portalımızda yayınladığı tarix : 27/08/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒