Home » Beynəlxalq, Ümumi » İranın bank sistemi tarixində baş vermiş ən böyük oğurluq…

İranın bank sistemi tarixində baş vermiş ən böyük oğurluq…

AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, İran parlamentinin mühafizəkar deputatı Mahmud Əhmədi Biğəş noyabrın 17-də jurnalistlərə açıqlamasında İranın bank sistemi tarixində baş vermiş ən böyük oğurluqda 10 iranlı deputatın əli olduğunu bildirib.
Mahmud Əhmədi Biğəş İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvüdür.
“Media forum” saytının məlumatına görə, Mahmud Əhmədi Biğəş deyib ki, bəzi iranlı deputatların 3 milyard dolların oğurlanmasında əli olduğuna zərrə qədər şübhə yeri qalmayıb: “İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei də həmin deputatların oğurluqda əli olduğunu təsdiqləyib. Biz İran Məhkəmə Sistemindən tələb edirik ki, oğurluqda rolu olan bu 10 deputatın adlarını mediaya açıqlasın. Çünki hazırda həmin məsələyə görə 290 deputat tənəyə məruz qalıb. Bu 10 deputatın adları nə qədər tez açıqlansa, oğurluğa görə ittihama məruz qalan digər deputatlar bəraət qazana bilərlər”.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.
İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 33 nəfərin tutulduğunu bəyan edib.
İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri bu qalmaqala görə ötən ay istefaya gedib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*