İran Amerikanı hədələdi
|
“İran ABŞ üzərinə dünya boyu cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir. Hazırda Amerika İraq və Əfqanısan bataqlığında ilişib-qalıb.” AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, bunu İranın Moskvadakı səfiri Mahmud Rza Səccadi deyib. Səfirin sözlərinə görə, Amerikanın iqtisadi böhran keçirdiyi bir anda İrana həmlə Vaşinqton üçün intihar ola bilər. “Amerikalılar İranın nə kimi bir ölkə olduğunu, onun potensialını yaxşı bilirlər” – deyib diplomat.
Amerika öz müttəfiqlərini İrana iqtisadi təzyiq tətbiq etməyə çağırır. Avropa İttifaqı ötən ay İran Klikləyin neftinin idxalına embarqosunu elan edib.
Sonuncu sanksiyalar İranın nüvə silahı üzərində işlədiyini qeyd edən BMT məruzəsindən sonra qəbul olunur.Tehran nüvə proqramının sırf sülh təyinatlı olduğunda təkidlidir.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒