Home » Maraqlı, Ümumi » Hündürboy cangüdənlərə qadağa qoyuldu

Hündürboy cangüdənlərə qadağa qoyuldu

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, boyu 165 sm olan Fransa prezidenti Nikola Sarkozi, onun tabeçiliyində olan insanlara hündürboylu cangüdənləri işə götürməyə qadağa qoyub.

Polis nümayəndələrinin sözlərinə görə, prezidentin şəxsi qoruyucusu olmaq üçün hündür boylu namizədlərin şansı çox azdır, hətta sıfra bərabərdir. Polis nümayəndəsi onu da qeyd edib ki, cangüdənliyə supermenləri götürmək elə də vacib deyil.Sarkozi hündürboy cangüdənlərin, şübhəli adamları hündürdən yaxşı və daha asan görməsi faktı ilə razılaşmayıb.Qəzetlər dəfələrlə yazıb ki, Nikola Sarkozi hündürboy olmamasına qarşı komplekslidir və çox əziyyət çəkir. Cünki onun boyu dəfələrlə karikaturaçılar, satiriklər və jurnalistlər tərəfindən gülüş və zarafat mənbəyinə çevrilib. “The Daily Telegraph” yazır ki, fransız lider hündür görünməyi üçün müxtəlif bic üsüllara əl atıb. Məsələn, 2008-ci ildə İtaliya qəzeti yazımışdı ki, Sarkozi onun üçün xüsusi hündür içliklə tikilmiş ayaqqabı ilə gəzir. Bu ayyaqqabı prezidenti 9 sm hündür edir. Amma rəsmi xarici görüşlərdə həmkarları ilə söhbət zamanı o çox vaxt barmaqlarının üstündə dayanaraq onlarla şəkil çəkdirir. 2009-cu ildə təntənəli mərasimlərdən birində Nikola Sarkozi çıxış edərkən xüsusi skamya üzərində durubmuş. Həmin skamya tribunadan görünməsə də, jurnalistlərin diqqətindən yayınmayıb.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*