Home » Ədəbiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Hindistanda Nizami Gəncəvinin 870 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib

Hindistanda Nizami Gəncəvinin 870 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Hindistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Yubiley tədbirləri Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Hindistandakı səfirliyi və Hindistanın İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nyu-Dehlidə keçirilib.
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Hindistan Respublikasındakı, eyni zamanda Nepal və Şri Lankadakı səfirliyindən bildilibr ki, burada Nizami Gəncəviyə həsr olunmuş konfrans və dahi şairin yaradıcılığını əks etdirən rəsm əsərlərindən, xalçalardan və kitablardan ibarət sərgi təşkil olunmuşdur.
Tədbirdə səfir İbrahim Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının Nizami Gəncəvinin irsini dünyada tanıdan alim və elm mərkəzləri tərəfindən məmnunluqla qarşılandığını diqqətə çatdırmışdır. Səfir Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının iyirmi illik yubileyinin qeyd olunduğu indiki məqamda Nyu-Dehlidə Nizami Gəncəviyə həsr olunmuş konfrans və sərginin keçirilməsindən fərəh duyduğunu bildirmiş, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etmişdir.
Diplomat bəşər ədəbiyyatında önəmli rol oynamış Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin dünyanın böyük muzeylərində saxlanıldığını, onun yaradıcılığının alim və tədqiqatçılar tərəfindən davamlı olaraq tədqiq edildiyini söyləmişdir. O, dahi şairin yaradıcılığının Hindistan tədqiqat mərkəzlərində böyük maraqla öyrənilməsi nəticəsində iki ölkə arasında əlaqələrin qədimdən başlandığının aşkar olunduğunu diqqətə çatdırmışdır.
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, konfransda İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin prezidenti R.Qarexan dahi Nizami Gəncəvinin dühası ilə Azərbaycan və dünya ədəbiyyatının əvəzolunmaz salnaməsinin yaradıldığını bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Vaqif Quliyev tədbirin təşkilinə göstərdiyi dəstəyə görə İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirmiş, iki ölkə arasında bu səpkidə konfransların davamlı keçiriləcəyinə inamını ifadə etmişdir.
Konfransda Azərbaycan və Hindistan alimləri, nizamişünaslar dahi şairin irsini təhlil və tədqiq etdiklərini, onun əsərlərinin dünya ədəbiyyat və fəlsəfi fikrinə töhfələrini qeyd etməklə yanaşı, Nizami Gəncəvinin Azərbaycan torpağı və xalqına mənsubluğunun danılmaz olduğunu bildirmişlər.
Tədbir çərçivəsində Azərbaycanın incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanmışdır.
Noyabrın 30-da Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Nyu-Dehlinin “Hans” otelində tədbir iştirakçıları və ictimaiyyət üçün ziyafət təşkil edilmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*