Home » Beynəlxalq, Siyasət, Ümumi » Gürcüstan pezidentinin səlahiyyətləri məhdudlaşdırıldı

Gürcüstan pezidentinin səlahiyyətləri məhdudlaşdırıldı

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Gürcüstan parlamenti ölkə prezidentinin səlahiyyətlərini məhdudlaşdıran konstitusiya dəyişiklərini yekdilliklə qəbul edib. Bazar ertəsi qəbul olunan dəyişiklər prezidentin höküməti və parlamenti buraxmaq səlahiyyətlərini ləğv edir.
“Konstitusiyaya edilən bu düzəlişlə parlament səlahiyyətini bərpa edib və mən bununla bağlı Gürcüstan xalqını təbrik etmək istəyirəm”, parlamentin sədri David Usupaşvili deyib.
Prezidentin qanunların yenidən baxılması üçün qanunları parlamentə qaytarmaq səlahiyyəti qüvvədə qalır.
Prezident Mixeil Saakaşvili parlamenti buraxmaq niyyətində olmadığını desə də, Baş nazir Bidzina İvanişvilinin müttəfiqləri bunu mümkünsüz etmək üçün qanunun qəbul olunmasını istəyiblər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*