Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Google korporasiyasının serverləri Azərbaycanda yerləşdiriləcək

Google korporasiyasının serverləri Azərbaycanda yerləşdiriləcək

Avqust ayında dünyanın aparıcı axtarış sisteminə malik Google internet-korporasiyasının serverləri Azərbaycanın ilkin provayderi olan Delta Telecom şirkəti tərəfindən yaradılmış Data-mərkəzdə yerləşdiriləcək. AgahMedia.Com informasiya portalının Delta Telecom-a istinadən məlumatına görə, serverlərin quraşdırılması Azərbaycan istifadəçiləri üçün axtarış sürətinin və keyfiyyətinin artırılmasına imkan yaradacaq. “Bundan əlavə Google-un regional resurslarının milli Data-mərkəzdə yerləşdirilməsi Delta Telecom-un xərclərinin azalmasına imkan verəcək, çünki bu halda provayder tərəfindən tranzit trafiki haqqının ödənilməsi zərurəti aradan qalxır.

Qeyd edək ki,Delta Telecom şirkətinin Data-mərkəzi Qaffqazda ən iri bu kimi mərkəzdir. Data-mərkəzin əsas məqsədi milli kontentin inkişafı, onun Azərbaycanda yerləşdirilməsi və hər bir informasiyanın tam təhlükəsizliyinin təmin edilməsidir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*