“Facebook”un qurucusu dünyanın ən yaxşı gənc biznesmeni adlandırıldı
|
AgahMedia.Com informasiya portalının Weboxu.com saytına istinadən məlumatına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı və banisi Mark Zukerberq “Fortune” jurnalının versiyasına əsasən dünyanın 40 ən yaxşı gənc biznesmeni siyahısına rəhbərlik edib.
“Fortune 40 under 40” reytinqi jurnal tərəfindən üçüncü il ardıcıl olaraq tərtib edilir və yalnız yaşı 40-dan aşağı biznesmenlər arasında keçirilir. 2009-2010-cu illərdə Zukerberq siyahıda ikinci olub. 2009-cu ildə jurnal Google şirkətinin həmtəsisçiləri Larri Peyc və Serqey Brini birinci yerdə yerləşdirib, Facebook-un 25 yaşlı rəhbəri isə reytinqin ən gənc iştirakçısı olub.
2010-cu ildə birinci yeri Netscape və digər şirkətlərin banisi Mark Andressen (Marc Andreessen) tutub. Bu il o, yaş məhdudiyyətinə görə reytinqə düşməyib, birinci yeri isə 27 yaşlı Mark Zukerberq tutub. Fortune jurnalı onun nailiyyətlərini (Facebook auditoriyasının 800 milyon istifadəçiyə, sosial şəbəkə dəyərinin isə 50 milyard dollara kimi artması) qeyd edib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒