Home » Maraqlı, Texno, Ümumi » “Facebook”un qurucusu Britaniyanın 100 ən nüfuzlu media şəxslərinin reytinqində birinci olub

“Facebook”un qurucusu Britaniyanın 100 ən nüfuzlu media şəxslərinin reytinqində birinci olub

Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq The Guardian qəzetinin versiyasına görə Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ, ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, sosial və internet media şəbəkələrinin son illər populyarlığının artması Twitter mikrobloqlar servisinin baş direktoru Cek Dorsinin də reytinqdə ilk dəfə, lakin buna baxmayaraq dərhal ikinci yerdə təmsil olunmasına imkan yaradıb.
İlk üçlüyü ötən ilin ikincisi Google internet şirkətinin baş direktoru Larri Peyc tamamlayır. Bundan əvvəlki siyahıda ikinci pilləni L. Peyclə bölüşdürən Google-un həmtəsisçisi Sergey Brin bu il ümumiyyətlə reytinqə düşə bilməyib. Buna baxmayaraq ilk dəfə olaraq burada internet şirkətin mobil texnologiyalar üzrə vitse-prezidenti və Android platformasının baş tərtibatçısı Endi Rubinin adına rast gəlmək olar (44-cü yer).
The Guardian qəzetinin hazırladığı siyahının beşinci pilləsində ötənilki lider Apple şirkətinin rəhbəri Stiv Cobs yer alıb. «Səhhəti ilə bağlı məzuniyyətdə olduğuna görə media fəallığının azalmasına baxmayaraq, Apple-ın təsisçisi iPad 2 və iCloud kimi məhsulların buraxılması haqqında mühüm elanları özü edir», – deyə The Guardian-da qeyd ediblər.
Ənənəvi KİV-ləri reytinqin ilk onluğunda BBC teleradio korporasiyasının baş direktoru Mark Topson (4-cü yer), News Corp. korporasiyasının rəhbəri Rupert Merdok (6-cı yer) və Daily Mail qəzetinin redaktoru Pol Dakr (7-ci yer) təmsil edir, RİA Novosti yazır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*