“Facebook” viruslu saytlar barədə xəbərdarlıq edəcək
|
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, “Facebook” özünün fisinq və viruslara qarşı mübarizəsini gücləndirərək “Websense” təhlkükəsizlik şirkəti ilə əməkdaşlığa başlayıb.
Gələn həftədən başlayaraq “Facebook” istifadəçiləri viruslu saytlar barədə xəbərdarlıq mesajları alacaqlar.
Sosial şəbəkənin milyonlarla üzü bu günədək Facebook dostları tərəfindən yerləşdirildiyini güman etdikləri zərərli saytlara daxil olub.
Belə onlayn hücumlar adətən istifadəçilərin parollarını və ya doğum tarixlərini öyrənmək üçün edilir.
“Facebook” artıq istifadəçilərini xarici saytlardan istifadəyə dair xəbərdar edir. Xarici sayta daxil olan istifadəçiyə belə bir addımı atmaq ərəfəsində olduğu bildirilir. Ancaq bu zaman saytın zərərli və ya zərərsiz olması barədə heç bir xəbərdarlıq verilmir. Yeni texnologiya isə saytlar istifadəçilərə təhlükə yaratdığı zaman riskin təfərrüatları barədə məlumat verəcək.
Ekranda saytın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq peyda olacaq və istifadəçiyə öncəki səhifəyə qayıtmaq tövsiyyə olunacaq.
Sonrakı mərhələ istifadəçilərdən asılı olacaq, onlar istədikləri təqdirdə təhlükəli saytlara daxil ola bilərlər.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒