AgahMedia.Com

Agah olmaq və agah etmək bizim işimizdir…

İlk Səhifə  Haqqımızda   Valyuta kursu   Sosial

Biznes sfera və iqtisadiyyat   Webkataloq   Bizimlə əlaqə

 Dashinnmaz emlaklarin alqi-satqi elanlari kategorisinde Bakı Absheron ve diger erazilerde satiliq kupcali evler torpaqlar ve obyektler
“Eurovision”dan sonra “Buranovskiye Babuşki” 1saatı 22 min avroya oxuyurlar
25/06/2012 Şou biznes və Mədəniyyət

“Eurovision 2012” mahnı müsabiqəsi Rusiyanı təmsil edən “Buranovskiye Babuşki” qrupuna düşərli olub. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,beynəlxalq yarışmada ikincilik gətirən “Party for everybody! Dance!” mahnısı nənələrin reytinqini yüksəldib. Ən əsası isə bu mahnı bayramından sonra “Buranovskiye Babuşki” çıxışlarını 17 min avro bahalaşdırıblar. İndi nənələrin 1 saat çıxışları 22 min avroyadır. Rusiya mətbuatı yazır ki, artıq bu 22 min avro təəccüblə qarşılanmır, çünki nənələr “Eurovision-2012”dən “gümüş”lə qayıdıblar. Amma bir il bundan öncə onlar 5 min avroya oxuyurdular. Seçim turundakı qələbələrindən sonra onların qiyməti 11 min avro qalxdı, indi isə 2 dəfə bahalaşıb.
Daha sonra qeyd edilir ki, “Buranovskiye Babuşki” müsabiqədən qalib kimi qaytısalar da, onlar ulduz xəstəliyinə tutulmayıblar. Hətta onların mətbuat katibi Svetlana Sırıqina bildirib ki, nənələr hələlik jurnalistlərlə görüşməyə həvəsli deyillər. Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsindən qayıdan nənələrə kəndliləri isə sürpriz hazırlayıblar. Belə ki, nənələrin çoxdan arzuladıqları kilsə tikintisinə start verilib. “Buranovskiye babuşki” bu kilsənin inşası üçün 1,5 milyon rubl qazana biliblər. Lakin bu məbləğ kifayət etmir. Tikinti üçün 4 milyon lazımdır ki, bunun 1 milyonunu Udmurti hökuməti ayıracaq. Ona görə də “Buranovskiye babuşki” səfərlərdən imtina etmirlər. Artıq onların konsertlərini ölkənin bir neçə agentliyində sifariş vermək olar.

“Azercell” abunəçiləri üçün “Eurovision 2012” mahnılarının “Zəngimcell” kodları burada >>> http://www.zengimcell.agahmedia.com/Eurovision_melodileri_zengimcell.html

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Bir cevap yazın

AgahMedia.Com Independent Media Network © 2009 - 2019 ... Bütün Hüquqlar Qorunur! Yazıların mətninə görə müəlliflər, reklam materiallarının mətninə görə sifarişçilər məsuliyyət daşıyır!... Məlumatlardan istifadə zamanı AgahMedia.Com İnformasiya Portalına istinad vacibdir!...

*