Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision” təmsilçilərimiz “Türkvision”da da çıxış edəcək

“Eurovision” təmsilçilərimiz “Türkvision”da da çıxış edəcək

Azərbaycana qalibiyyət sevinci bəxş edən Eldar və Nigar Türkiyədə keçiriləcək “Türkvision” musiqi festivalında çıxış edəcəklər. Bununla bağlı açıqlama verən müğənnilərin prodüseri İsa Məlikov bildirib ki, 14 iyunda başlanacaq bu festivala Eldar və Nigar qardaş ölkədən xüsusi dəvət alıb. AgahMedia.Com portalının Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, Dənizlidə baş tutacaq festivalda 20-dən artıq ölkə sənətçisi türkçə mahnılar səsləndirəcək. Eldar və Nigarla birgə Türkiyənin tanınmış sənətçisi Keremcem festivalın xüsusi qonaq sənətçiləri sırasında səhnəyə çıxacaqlar. İsa Məlikov qeyd edib ki, Eldar və Nigara qalibiyyətdən sonra çoxsaylı dəvətlər gəlir və hazırda onlar üçün proqram hazırlanır. İyunun 16-da Eldar və Nigar Türkiyədə keçiriləcək gözəllik müsabiqəsində də çıxış edəcəklər. Bu müsabiqədə isə dünyanın 30-dan artıq ölkəsindən iştirakçı olacaq. Qeyd edək ki, “Türkvision” musiqi yarışması üç gün boyunca Delikliçınar Meydanı və Açık Hava Teatrında baş tutacaq. Bu yarışma Türkiyənin “TRT” kanalı ilə canlı yayımlanacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*