Eurovision Mahnı Müsabiqəsinin Milli seçimlərinə start verildi
|
Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio Şirkəti 2012-ci ildə bu müsabiqə ölkəmizin təmsilçisini müəyyən etmək üçün Milli seçim turuna start verir. Müsabiqə tam olaraq Eurovision Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq. Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edirik. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi, 241) müraciət edə bilər. Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir. Əlavə məlumat üçün 430 23 04 (daxili 238) telefonu ilə əlaqə saxlamaq mümkündür.
Bu kontentin portalımızda yayınladığı tarix : 13/10/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒