“Eurovision-2012” Milli seçimlərin ilk həftəsinin qalibi məlum oldu
|
AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, “Eurovision-2012 “Mahnı Müsabiqəsinin Milli seçimlərinin ilk həftəsinin qalibi artıq bəllidir. Dekabrın 2-də İctimai Televiziyada təşkil olunan şouda həftə ərzindəki çıxışlara yekun vurulub.
Doqquz iştirakçı bazar ertəsindən etibarən Eurovision tarixindən olan xitlər, Azərbaycan və xarici estradadan nümunələr ifa edib, eləcə də müxtəlif səhnə performansları təqdim ediblər. Tamaşaçılardan gələn SMS və münsiflərin səsverməsi nəticəsində həftənin qalibi Orxan Kərimli seçilib.
Səsvermənin nəticələrinə görə, digər iştirakçıların sıralaması belədir:
1. Orxan Kərimli
2. Elnarə Həsənova
3. Səmra Rəhimli
4. Ramin Quliyev
5. Kənan Qədimov
6. Amil Qocayev
7. Canana Zeynalova
8. Orxan Mirzəyev
9. Anastasiya Bern
Dekabrın 5-də isə Milli seçimlərin 2-ci həftəsi start götürəcək.
Qeyd edək ki, seçim turlarında iştirak edən 72 yarışmaçı hər birində 9 nəfər olmaqla 8 qrupda çıxış edir. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Bu mərhələdə Milli seçim həftələrinin birincisi olan 8 nəfər final uğrunda yarışacaq. Finalda qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Bu kontentin portalımızda yayınladığı tarix : 05/12/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒