Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2012” biletlərinin qiymətləri və alınması qaydaları

“Eurovision-2012” biletlərinin qiymətləri və alınması qaydaları

AgahMedia.Com informasiya portalı “Mediaforum”-a istinadən, may ayında Bakıda, 20 min yerlik “Bakı Kristal Zalı”nda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə bilet almaq şərtlərini və qiymətləri təqdim edir.
Fevralın 29-dan www.eurovision.tv saytında mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satılacaq. İkinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, alınan hər bilet həmin bilet sahibinin adına olacaq. Online satış sisteminə bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi daxil olunacaq. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılacaq. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək.
Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər.

AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, şounun başlama vaxtı və biletlərin qiyməti yerindən asılı olaraq belədir:

 

Birinci yarımfinalın əsas məşqi               

 21 may saat 00.00                                 

30 manat – 50 manat

____________________

Birinci yarımfinal (canlı şou)                   

22 may saat 00.00                                  

 90 manat – 150 manat

_____________________

İkinci yarımfinalın əsas məşqi                  

23 may saat 00.00                                   

30 manat – 50 manat

__________________________

İkinci yarımfinal (canlı şou)                     

24 may saat 00.0                                       

90 manat – 150 manat

___________________________

Jüri finalı                                                           

25 may saat 00.00                                    

60 manat – 100 manat

___________________________

Final (canlı şou)                                            

26 may saat 00.00                                    

160 manat – 240 manat

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to “Eurovision-2012” biletlərinin qiymətləri və alınması qaydaları

  1. salam men Bakiya gede bilmirem isle elaqedar internet vastesiyle nece alim bileti??xahis edirem komeklik gosderesiniz

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*