Home » Beynəlxalq, Siyasət, Ümumi » Erməni daşnak partiyası kürdlərə qarşı…

Erməni daşnak partiyası kürdlərə qarşı…

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, Livanda erməni daşnak partiyası kürdləri yaşadıqları yerlərdən qovmağa başlayıb. Livan mətbuatının yaydığı məlumata görə, daşnak partiyasının rəsmiləri kürdlərin Suriya müxalifətinə dəstək verən aksiyada iştirak etdiklərini və əmin-amanlığı pozduqlarını iddia edirlər.
Yerli “Əl Mustaqbəl” qəzetinə açıqlama verən kürd təşkilatlarından birinin rəsmisi Mahmud Sivala Burc Hamud, Dora və Nəbaa bölgələrində yaşayan kürdlərin ermənilər tərəfindən narkotik istifadəçisi və qanunları pozan insanlar kimi qələmə verildiklərini deyib. Bu səbəblə bölqədən qovulduqlarını deyən Sivala ərazini tərk etməyənlərdən adam başına 2 000 dollar tələb edildiyini bildirib.
Daşnak partiyasından olan millət vəkili isə hadisəni təkzib etməyib. Aqop Pakrodyan hadisənin siyasi yox, kürdlərin bölgədə təhlükəsizlik tədbirlərini pozması səbəbilə baş verdiyini deyib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*