Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycanın elektron pərakəndə ticarət dövriyyəsində 20 faizdən yuxarı artım qeydə alındı

Azərbaycanın elektron pərakəndə ticarət dövriyyəsində 20 faizdən yuxarı artım qeydə alındı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2014-cü ilin yanvar-may aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 51,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 48,7 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artmışdır.
Cari ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat təşkil etmişdir. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*