Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, İslam, Maraqlı, Ümumi » Dünyanın ən nüfuzlu 500 müsəlmanın növbəti reytinqi məlum oldu

Dünyanın ən nüfuzlu 500 müsəlmanın növbəti reytinqi məlum oldu

İordaniya Krallığının İslami Strateji Araşdırmalar Mərkəzi 2012-ci il üçün dünyanın ən nüfuzlu 500 müsəlmanının siyahısını açıqlayıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, artıq 4-cü ildir hazırlanan siyahıda 4 azərbaycanlının da adı var. Onlar, Azərbaycan prezidenti İlham Əliyev, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu və mahir muğam ifaçısı Alim Qasımovdur.
Qeyd edək ki, prezident İlham Əliyyev siyahıya “Siyasət” kateqoriyasından daxil olub. Şeyxulislam Allahşükür Paşazadə və ilhaiyyatçı İlqar İbrahimoğlu siyahının “Təhsil”, müğənni Alim Qasımov isə “Mədəniyyət və İncəsənət” kateqoriyasında qərarlaşıblar.
Siyahının ilk 3 sırasında 1-ci yerdə Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əs Səud, 2-ci yerdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, 3-cü yerdə isə Mərakeş kralı əlahəzrət VI Məhəmməd var.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*