Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Dünyada istifadə olunan smartfonların sayı 1 milyardı ötdü

Dünyada istifadə olunan smartfonların sayı 1 milyardı ötdü

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, “Strategy Analytics” şirkətinin araşdırmaları zamanı məlum olub ki, yalnız son 1 il ərzində aktiv smartfonların sayı 47 faizə qədər artaraq, 706 milyondan 1 milyard 38 milyona çatıb. 2012-ci ilin 3-cü rübünün nəticələrinə görə, dünyada istifadə olunan smartfonların sayı ilk dəfə olaraq 1 milyardı ötüb.
Şirkətin ekspertləri 2015-ci ildə smartfonların sayının artıq 2 milyarda çatacağını proqnozlaşdırırlar. Növbəti 5 il ərzində smartfon bazarında Android və Apple iOS əsasında işləyən qurğular liderlik edəcəklər. Hazırda o qədər də çox bazar payı olmayan “Microsoft” şirkətinə məxsus Windows Phone-un da bu sıraya daxil olacağı istisna olunmur. Hesabatda həmçinin qeyd olunur ki, 2007-ci ildə “Apple” şirkətinin ilk “iPhone”u təqdim etməsi smartfon bazarının sonrakı inkişafına təsir göstərən əsas amil olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*