Home » Beynəlxalq, Siyasət, Ümumi » “Dünya səyahət sərgisi”-də erməni təxribatının qarşısı alındı

“Dünya səyahət sərgisi”-də erməni təxribatının qarşısı alındı

Koreyada “Dünya səyahət sərgisi”-də Azərbaycanın bu ölkədəki səfirliyi ermənilərin təxribatının qarşısını alıb. Belə ki, səfirlik tərəfindən sərgidə iştirak edən Ermənistanın “Armintour” adlı səyahət şirkətinin payladığı broşurların birində Ermənistana təşkil edilən turist marşrutlarına Azərbaycanın işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinin adlarının da əlavə olunduğu aşkar edilib.
AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, məsələ ilə bağlı Koreya dünya səyahət sərgisinin təşkilat komitəsinə müraciət olunandan sonra broşurlar sərgidən yığışdırılıb. Koreya tərəfi həmin broşurların bu il Koreyada keçirilməsi nəzərdə tutulan digər beynəlxalq sərgilər zamanı ermənilər tərəfindən paylanmasının qarşısının alınacağını diqqətə çatdırıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*