Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Dünya gözəli -2010”-un qalibi müəyyən oldu

“Dünya gözəli -2010”-un qalibi müəyyən oldu

Avqustun 23-ü Las-Veqasda keçirilən “Dünya gözəli- 2010” müsabiqəsinin qalibi 22 yaşlı Meksika təmsilçisi Himena Havarrete olub. Müsabiqə NBC televiziya kanalı ilə birbaşa yayımlanıb. Birinci vitse- miss tacının sahibi isə, Yamaykalı iştirakçı Yendi Fillipsdir.
AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, “Fotoqenik miss” titulunu Tailandlı təmsilçi Fontip Vaçaratrakul alıb. Bundan əlavə jüri onun milli geyimini də yüksək dəyərləndirib. “Miss konqenial”( mənaca, ruhca yaxın olan deməkdir) titulu Avstraliyalı Cesinta Kempbelə nəsib olub. O, ikinci vitse- miss seçilib. Jüri üzvləri üçüncü vitse- miss tituluna Ukraynalı Anna Poslavskayanı layiq görüblər. Müsabiqədə müxtəlif ölkələrdən 80-dən çox qız iştirak edib. Müsabiqənin gedişində qızlar səhnəyə milli və ziyafət paltarında, həmçinin çimərlik geyimlərində çıxıblar. Onlar münsiflər heyyətinin suallarını da cavablandırıblar. Qeyd edək ki, 2008-2009-cu illərdə “Dünya gözəli” müsabiqəsinin qalibləri Venesuellalı iştirakçılara nəsib olub. 2007-ci ildə isə bu titulu yapon qızı alıb.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*