Home » Beynəlxalq, Maraqlı, Sosial, Ümumi » Dostluq sağlamlığı möhkəmləndirir

Dostluq sağlamlığı möhkəmləndirir

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Şimali Karolina Universitetinin alimləri öz fakültələrinin 65 nümayəndəsinin vəziyyətini araşdıraraq belə bir maraqlı fakt müəyyən etmişlər ki, insanlar arasında yaxşı dostluq münasibətləri insanın sağlamlığını xeyli möhkəmləndirməyə və müsbət emosiyalar bəxş etməyə qadirdir.
Tədqiqatın rəhbəri psixologiya professoru Barbara Frederikson bildirib ki, insanlar “gündəlik müsbət emosiyalar rasionunu artırmaqla” özlərinin fiziki sağlamlığını dəyişmək imkanına malikdirlər. Sınaq iştirakçılarının yarısı adi həyatını yaşamış, digər yarısı isə xüsusi təcrübələrdə iştirak edərək yaxın adamlarını düşünmüş, onlarla müsbət münasibətlərdə olmuşdur. Belə məşğələlər iki ay müddətində hər gün bir saat davam etdirilmişdir. Tədqiqat nəticəsində məlum olub ki, sınaqda iştirak etmiş insanların azan sinirinin funksionallığı daha yüksəkdir və müvafiq olaraq bu adamlar daha çox müsbət hisslər keçirmişlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*