Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » DəmirBank İnvestorların İllik Yarmarkasının sponsoru oldu

DəmirBank İnvestorların İllik Yarmarkasının sponsoru oldu

Azərbaycan Mikro-Maliyyə Assosiasiyasının üzvü olan DəmirBank, Assosiasiya tərəfindən keçirilən İnvestorların İllik Yarmarkasında “Gümüş+” paketi üzrə sponsor qismində iştirak edib. AgahMedia.Com informasiya portalının adıçəkilən bankdan aldığı məlumata görə,tədbirə sponsorluq DəmirBank-ın mikro-maliyyələşdirmə sahəsinə və müxtəlif mikro-maliyyə təşkilatları ilə əməkdaşlığa verdiyi önəmi əks etdirir.
Mikro-maliyyə sahəsinə aid tədbirlərin iştirakçısı olan DəmirBank beynəlxalq mikro maliyyə təşkilatları ilə geniş əlaqələrin qurulmasına nail olub. Demək olar ki, yarmarkada təmsil olunan hər bir beynəlxalq qurum ilə DəmirBank arasında əməkdaşlıq mövcuddur. Bunların sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), responsAbility SİCAV, Triple Jump N.V., İncofin c.v.s.o. kimi təşkilatları qeyd etmək olar.
Mikro-maliyyələşdirmə fəaliyyətini qiymətləndirmək məqsədilə Bank həmçinin beynəlxalq reytinq agentliyi və tədbirin fəal iştirakçılarından olan Planet Rating şirkətinin xidmətlərindən istifadə edir. Kiçik sahibkarlığın inkişafını dəstəkləyən DəmirBank müştərilərini yeni maliyyələşdirmə imkanları ilə təmin etməyə davam edir.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*