Boliviya hökuməti “Coca-Cola” və “McDonald’s”a qadağa qoydu
|
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, dünyada məşhur Amerika şirkətləri olan “Coca-Cola” və “McDonald’s” Boliviyada işlərini bütünlüklə bitirirlər. Boliviya hökuməti “Coca-Cola”nın ölkə ərazisində fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Tez yemək üçün (fast food) restoranlar şəbəkəsi isə iqtisadi səbəblərdən bağlanır. Cənubi Amerika ölkəsində bu qərarın qəbul edilməsində məqsəd millətin sağlamlığını qorumaq və mədəni irsin saxlanılmasıdır. “Coca-Cola”ya qadağa dekabrın 21-dən qüvvəyə minəcəkdir. Onun yerinə isə yerli içki olan “mokoçinçe” (şaftalı əsaslı) təklif edilmişdir.
“Coca Colla” Boliviyada 2010-cu ildən istehsal edilir və dünyada məşhur olan Amerika markasına bənzər etiketli şüşələrdə satılır. İçkinin hazırlanmasında çoxlu sayda qanunsuz koka bitkisi plantasiyalarının yerləşdiyi Koçabamba şəhərində yetişdirilən koka yarpağından istifadə edilir.
“McDonald’s” şirkətinin Boliviyada fəaliyyətini dayandırması ilə ölkə Kubadan sonra Latın Amerikası ölkələri arasında fast food qidaları hazırlanan restoranlar şəbəkəsi olmayan ikinci ölkə olacaqdır.
Mütəxəssislər şirkətin Boliviyadakı iqtisadi tənəzzülünün səbəblərini müəyyənləşdirmişlər. Müəyyən edilmişdir ki, mühafizəkar gücünə baxmayaraq 14 illik fəaliyyəti dövründə əhaliyə təklif olunan qidalar kifayət qədər sevilə bilməmişdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒