Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankomatlar və Pos-terminallar artır

Bankomatlar və Pos-terminallar artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1847 ədəd olmuşdur.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd çoxdur. Cari ilin oktyabrın 1-nə bankomatların 1028-i Bakı şəhərində, 819-u isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8882 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 8077-si Bakı şəhərində, 805-i isə digər regionlarda yerləşir.
2010-cu ilin oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 4059 min ədədə çatmışdır. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3804 min ədəd olmuşdur. Onlardan 94,7%-i debet kartlarının payına düşür.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*