Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » «Bank of Baku» kredit borcunun onlayn ödənişi xidmətini istifadəyə verdi

«Bank of Baku» kredit borcunun onlayn ödənişi xidmətini istifadəyə verdi

AgahMedia.Com portalının «Bank of Baku»-ya istinadən məlumatına görə, Azərbaycan bank bazarında ilk dəfə olaraq adıçəkilən bank müştərilərinə kredit borclarının onlayn ödənişini təklif edir.
Hər zaman müştərilərinin məmnuniyyəti üçün çalışan Bank of Baku bu dəfə də onların vaxtına qənaət etmək məqsədilə rahat və etibarlı ödəniş üsulu işləyib.
Belə ki, yeni xidmətdən istifadə etmək üçün banka gəlməyə heç bir ehtiyac yoxdur, sadəcə İnternet vasitəsilə Onlayn Kredit Ödənişi internet səhifəsinə daxil olub aşağıdakı məlumatları qeyd etmək lazımdır:
Hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini
Kredit kart məlumatlarını
Ödəniləcək məbləği
Təhlükəsizlik kodunu
Bu məlumatlar yerləşdirildikdən sonra sistem kart məlumatlarının doğruluğunu yoxlayıb ödənişi həyata keçirməyə cəhd göstərir. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Diqqəti cəlb etmək üçün səhvlər qırmızı rəngli paneldə, sorğu uğurla keçərsə, nəticə yaşıl rəngli paneldə əks olunur. Qeyd etmək lazımdır ki, ödənişlər zamanı müştəridən heç bir əlavə komisyon haqq tutulmur.
Bank of Baku-nun yeni onlayn kredit ödənişi artıq İnternet istifadəçilərinin xidmətindədir. Sistemin təhlükəsizliyi beynəlxalq standartlara cavab verir və ötürülən məlumatların şifrələməsi SSL protokollarının beynəlxalq sertifikasiyası üzrə liderlərdən biri olan thawte kompaniyasının sertifikatı ilə təsdiqlənib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*