Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Azercell prezidenti “Eurovision” təmsilçiləri ilə görüşdü

Azercell prezidenti “Eurovision” təmsilçiləri ilə görüşdü

Azercell Telekom MMC-nin prezidenti Ali Ağan Azərbaycana qələbə gətirən sənətçilər – Nigar Camal və Eldar Qasımovla görüşüb. Azercell şirkətinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə Ali Ağan şirkət adından gənc müğənniləri təbrik edib. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Ali Ağan indi bütün Azərbaycanın bu istedadlı gəncləri ilə fəxr etdiyini bildirib: “Siz bu mötəbər müsabiqədə ölkəmizi ləyaqətlə təmsil edib hamımıza tarixi qələbəni yaşatdınız. Bu tək Azərbaycanın deyil, ümumilikdə bütün türk dünyasının qələbəsi idi. Əminliklə deyə bilərik ki, “Eurovision” musiqi yarışmasındakı qalibiyyətimiz tək mədəniyyətdə deyil, bütün sahələrdə müşahidə olunan nailiyyətlərin göstəricisidir”.

Azercell prezidenti qeyd edib ki, bu hadisə beynəlxalq aləmdə Azərbaycanın daha yaxşı tanınmasına şərait yaradacaq. Azercell prezidenti “Eurovision” təmsilçilərinə gələcək yaradıcılıq uğurları arzulayıb.

Görüş zamanı Azercell tərəfindən Nigar Camal və Eldar Qasımova qiymətli hədiyyələr – BlackBerry telefonları və İpad 2 planşetləri təqdim edilib. Sənətçilər təbriklərə görə Azercell nümayəndələrinə təşəkkür edərək bundan sonra da hər yerdə Azərbaycanı layiqincə təmsil edəcəcklərini bildiriblər.

İmtahana bir ay qalanda abituriyentlər yalnız təkrar və istirahət etməlidirlər

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*