Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycan Turizm Assosiasiyasından xəbərdarlıq!…

Azərbaycan Turizm Assosiasiyasından xəbərdarlıq!…

“Tanınmış tur-şirkətlər adından yaradılan saxta “Facebook-klonlar” vətəndaşlarımızı aldadırlar.” AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, belə bir bəyanatla Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov çıxış edib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə belə birgünlük şirkətlərin sayı çox sürətlə artır. Onlar yaratdıqları klon-səhifələrdə öz xidmətlərini elan edərək, sonradan naməlum şəkildə yoxa çıxırlar.

«Ayrı-ayrı şəxslər “Facebook” da daxil olmaqla, sosial şəbəkələrdə tanınmış turizm şirkətlərinin adlarından səhifə yaradaraq, insanların etimadını qazanırlar. Təəssüf ki, “Facebook-klonlar” kifayət qədər aktivdirlər və onlarla mübarizə aparmaq sosial şəbəkələrdə tənzimləmə mexanizminin olmamasından çətinliklər yaradır», – deyə N.Bağırov bildirib.
Onun sözlərinə görə, belə klon səhifələr vasitəsilə aldadılmış şəxslərdən daxil olan şikayətlər həm də onların adından istifadə edən turizm şirkətlərinin imicinə mənfi təsir göstərir.

«Turistləri diqqətli olmağa, belə vicdanı olmayan “iş adamları” tərəfindən aldanmamaq üçün hərtərəfli məlumat toplamağa və sonra qərar verməyə çağırıram”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*