Azərbaycanın “Eurovision” qalibləri Danirmarkada jüri oldular
|
AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Azərbaycanın Eurovision qalibləri Eldar Qasımov və Nigar Camal, Eurovision 2009-un üçüncüsü Aysel Teymurzadə, tanınmış prodüser-bəstəkar İsa Məlikov və Eurovision 2010-nun Milli Seçimlərində iştirak edən Dilarə Kazımova Danimarkanın təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərdə münsif kimi iştirak edirlər. Münsiflərdə Azərbaycanla yanaşı, son dörd ildə müsabiqədə qalib gələn ölkələrdən nümayəndələr təmsil olunur. Bu sırada Rusiyadan müsabiə təmsilçisi Aleksey Vorobyov, Anna Kulikova, Norveçdən Aleksandr Rıbak, Almaniyadan Peter Bergener, Roger Cicero və başqaları da var.
Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq. Müsabiqənin qaydalarına əsasən nəticələrin hesablamasında 50% tamaşaçıların, 50 % isə münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli seçimlər Dansk Melodi Grand Prix adı altında baş tutacaq.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒