Azərbaycanın “Eurovision 2013” təmsilçisi finalda…
|
İsveçin Malmö şəhərində “Malmö Arena”da baş tutan “Eurovision 2013” mahnı müsabiqəsinin II yarımfinalında 17 ölkə təmsilçisi arasında 4-cü olaraq səhnəyə çıxan Fərid Məmmədov maraqlı və yaddaqalan çıxışı ilə mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan bu il də favorit ölkələr arasında olub. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, 17 ölkənin yarışdığı yarımfinalda Macarıstan (ByeAlex), Azərbaycan (Fərid Məmmədov), Gürcüstan (Sofo Qelovani və Nodiko Tatişvili), Rumıniya (Çezar), Norveç (Marqaret Berger), İslandiya (Eytour İnqi Günnlöygsson), Ermənistan (“Dorians”), Finlandiya (Krista Sieqfrids), İsveçrə (“Takasa”), Malta (Canluka Bezzina) və Yunanıstan (“Koza Mostra” və Aqafonas İakovidis) müsiqiçiləri finala vəsiqə qazanıblar.
Xatırladaq ki, mayın 14-də keçirilən I yarımfinalda isə Rusiya (Dina Qaripova), Moldova (Alyona Mun), Litva (Andryus Poyavis), İrlandiya (Rayan Dolan), Estoniya (Birgit Iygemeel), Belarus (Alyona Lanskaya), Danimarka (Emmili de Forest), Belçika (Roberto Bellaroza), Ukrayna (Zlata Oqneviç) və Hollandiya (Anuk) təmsilçiləri finala vəsiqə əldə etmişdilər.
Böyük beşlik – Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, eləcə də ötən ilki qalib İsveç təmsilçiləri seçmə mərhələdən keçmədən birbaşa finalda çıxış edəcəklər.
Müsabiqənin mayın 18-də baş tutacaq final mərhələsində Azərbaycan 26 ölkə arasında qalibiyyət uğrunda mübarizə aparacaq.
Müsabiqənin təşkilatçıları İsveçin SVT kanalı və AYB finalçıların səhnədə ifa ardıcıllığını aşağıdakı kimi müəyyən edib.
1. Fransa
2. Litva
3. Moldova
4. Finlandiya
5. İspaniya
6. Belçika
7. Estoniya
8. Belarusiya
9. Malta
10. Rusiya
11. Almaniya
12. Ermənistan
13. Niderland
14. Ruminiya
15. Birləşmiş Krallıq
16. İsveç
17. Macarıstan
18. Danimarka
19. Islandiya
20. Azərbaycan
21. Yunanıstan
22. Ukrayna
23. Italiya
24. Norveç
25. Gürcüstan
26. İrlandiya
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒