Azərbaycan Türkiyəyə 20 milyard dollar investisiya yatırmağa hazırlaşır
|
AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirib ki, növbəti 8 il ərzində Azərbaycan Türkiyəyə təxminən 20 milyard dollarlıq investisiya yatıracaq. Bu investisiyaların böyük hissəsinin İzmir bölgəsində cəmləşəcəyini deyən səfir vurğulayıb ki, bu sərmayələri qeyri-neft sektoru ilə daha da artırmalıyıq və kənd təsərrüfatı, kimya, emal, turizm, alternativ enerji, nəqliyyat, logistika, informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əlqələr hər iki ölkənin iqtisadiyyatına böyük stimul verə bilər.
Türkiyə ilə iqtisadi əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyətindən danışan diplomat qeyd edib ki, iki ölkə arasında hələlik 3,3 milyard dollarlıq ticarət dövriyyəsı mövcuddur. Lakin, bunun artırılması üçün böyük potensial vardır…
Bu kontentin portalımızda yayınladığı tarix : 22/08/2014Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒