Home » Sosial, Texno, Ümumi » Azərbaycandakı “facebook” çuların sayı 400 mini keçib

Azərbaycandakı “facebook” çuların sayı 400 mini keçib

“Facebook”-un reklam verənlər üçün açdığı rəqəmlərdən yararlanaraq hazırladığı statistikaları birləşdirən Socialbaker saytı növbəti update-ini edib. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, bu dəfəki göstəricilərdə artıq yuvarlaqlaşmaları görmək olar. Sürətlə istifadəçiləri artan şəbəkənin üzvləri 700 milyondur. İndiyə qədər statistik göstəricini vurğulayan zaman 700 milyon-a yaxındır deyilirdi. Artıq 700 milyondan artıqdır deyiləcək. “Facebook” 500 milyonuncu istifadəçisini açıqlayan zaman, bir sonrakı böyük təqdimatı 1 milyard istifadəçiləri olan zaman edəcəklərini demişdilər. Şəbəkənin üzvləri 1 milyarda bir az daha yaxınlaşıb.Statistikaya 213 ölkə düşüb. Azərbaycan isə 95-ci yerdədir. Azərbaycanın istifadəçiləri isə 400 mini keçib — 403 420.Azərbaycandan olan istifadəçilərin 46%-ni 18-24 yaşlı qrup təmsil edir. Ötən dəfə açıqlanmış statistikalardan bu yana artım tempi 4% təşkil edib ki, bu da 15 mindən artıq deməkdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*