Home » Ədəbiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycan Prodüserlər Gildiyası bədii film üçün ssenari müsabiqəsinə start verdi

Azərbaycan Prodüserlər Gildiyası bədii film üçün ssenari müsabiqəsinə start verdi

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə bədii film üçün ssenari müsabiqəsi elan edilib. Müsabiqə “Geniş baxış” tammetrajlı bədii film üçün keçirilir. Müsabiqənin məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək vermək, bu filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək və bununla Azərbaycanda kino sənayesinin inkişafına təkan verməkdir.
Müsabiqənin keçirilməsi eyni zamanda müasir dövrümüzdə kino sahəsində mühüm yer tutan “prodüser kinosu” anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır.
Həmçinin xarici kino təşkilatlarını yerli prodüser mərkəzləri ilə “co-production” layihələrinə cəlb etmək və birgə çəkilmiş filmlərin beynəlxalq kino məkanına çıxışını təmin etmək məqsədini də daşıyan müsabiqənin nəticəsini Azərbaycan Prodüserlər Gildiyasının 14 təsisçi üzvü öz aralarında keçirəcəkləri gizli səsvermə yolu ilə müəyyən edəcəklər.
Müsabiqənin qalibləri 2013-cü il mayın 10-da açıqlanacaq. Səsvermə yolu ilə seçilmiş 2 ssenarinin ekranlaşdırılması maliyyələşdiriləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*