Home » İdman, Ümumi » Azərbaycan milli komandasının baş məşqçisinə Amerikada vəzifə verildi

Azərbaycan milli komandasının baş məşqçisinə Amerikada vəzifə verildi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Berti_Foqts

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa yeni vəzifə verilib. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, 67 yaşlı almaniyalı mütəxəssis ABŞ yığma komandasının çalışdırıcısı Yurgen Klinsmannın müşaviri təyin edilib. O, DÇ-2014-ün gedişində sabiq yetirməsinə məsləhət verəcək. Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yeni təyinatla bağlı 90-cı illərdə Foqsun rəhbərliyi altında Almaniya yığmasında top qovan Klinsmannın açıqlamasına da yer verilib. 45 yaşlı mütəxəssis həmyerlisinin təcrübəsinin onlar üçün faydalı olacağını ifadə edib: “Berti Foqtsun məsləhətçi qismində bizə qoşulmasından çox məmnunuq. Onun futbolçu və məşqçi kimi yaxşı təcrübəsi var, böyük turnirlərdə uğur qazanmaq üçün nə etmək lazım olduğunu yaxşı bilir. O, 90-cı illərdə mənim məşqçim olub və çox yaxşı münasibətimiz var. Foqts Şotlandiya, Nigeriya və Azərbaycan millilərinə rəhbərlik etdiyindən, dünya çempionatındakı rəqiblərimizlə yaxşı tanışdır. Bu bizim üçün böyük bonusdur”.
Qeyd edək ki, Berti Foqtsun rəhbərlik etdiyi yığma komandamız mayın 27-də ABŞ millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*