Azərbaycan Mətbuat Şurası illik hesabatını verdi
|
Dünən Mətbuat Şurası 2011-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı illik hesabatını təqdim edib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, 2011-ci il ərzində Mətbuat Şurasına 651 şikayətin daхil olduğunu diqqətə çatdıran Şuras sədri Əflatun Amaşovun sözlərinə görə, onlardın 499-q barədə qərar qəbul edilib. Əlavə edib ki, Mətbuat Şurası 2011-ci ildə “reket jurnalistika”ya qarşı mübarizəni 2 əsas istiqamətdə aparıb. Bunlardan birincisi “reket nəşr”lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması, ikincisi, onlara qarşı ictimai qınağın fəallaşdırılmasıdır: “Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistikaya” qarşı mübarizə Komissiyasının təqdimatı əsasında il ərzində 4 dəfə “reket nəşr”lərin adlarını açıqlayıb. 2011-ci ilin yekunlarına əsasən “qara siyahı”da yer alan KİV-in ümumi sayı 89-dur. Mətbuatın “qara siyahı”sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib”. Onun sözlərinə görə, Mətbuat Şurası İdarə Heyətinin müvafiq qərarları ilə 2011-ci ildə 7 nəşrin üzərindən “reket nəşr” adı götürülüb və onlar “qara siyahı”dan çıxarılıb. “Reket nəşr”lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən mətbəələrə və yayım firmalarına məktublar göndərib: “Həmin məktublarda bildirilib ki, “qara siyahı”dakı KİV-lə bağlı tədbirin görülməsində həmin KİV-in “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib”. Ə. Amaşov qeyd edib ki, 651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir: “Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib”. O əlavə edib ki, 2011-ci ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i Şikayətlər üzrə Komissiyada, 54-ü “Reket jurnalistikasına” qarşı mübarizə Komissiyasında, 7-si Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb: “Yerdə qalan 152 müraciətdən 89-u Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lə bağlıdır”. B. Sadıqov əlavə edib ki, şura tərəfindən görülən tədbirlərə və çıxarılan qərarlara baxmayaraq, bu qəzetlər qara siyahıya salınandan sonra da əməllərindən dönmürlər: “Bununla bağlı əlavə tədbir görülməlidir. Biz hansısa qəzetin bağlanmasını istəmirik. Sadəcə, biz bu qəzetləri daha yaxşı tanıyırıq və çıxardığımız qərarlar da peşəkar və alternativ rəyə əsaslanacaq. Təsirli mübarizə aparmaq üçün ölkə mətbuatın köməyinə ehtiyac var”. 2012-ci ildə Şuranın qarşısında duran vəzifələrdən danışan Ə.Amaşov bildirib ki, cari ildə «Difomasiya haqqında» qanunun qəbuluna, ATƏT-lə birgə dəyirmi masaların təşkilinə və qəzetlərin reklam bazarının genişləndirilməsinə çalışılacaq: «Hazırda Azərbaycanda hər bir qurumun öz mətbuat orqanı var və reklamı da həmin qəzetlərə verir».
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒