Home » İdman, Ümumi » Azərbaycan klubu “Türk dünyasının komandası” seçildi

Azərbaycan klubu “Türk dünyasının komandası” seçildi

Türkiyənin Mersin şəhərində “2013 Mersin Ağdəniz oyunları”nın təqdimatı və bölgənin “Çuxurova Express” nəşr orqanın təşkilatçılığı ilə “ilin uğur mükafatları” mərasimi keçirilib. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Mersində baş tutan tədbirdə türk idman ictimaiyyətinin məşhur simaları da çıxış edib.

Türkiyənin məşhur idman yazarı Ömər Üründül, sabiq “Fənərbaxça”lı idarəedici Sadəddin Saran, “Beşiktaş” klubunun mətbuat xidmətinin rəhbəri Metin Düren, TRT-nin aparıcıcı Kerem Öncel, “Gənclərbirliyi”nin baş məşqçisi Giray Bulak və bir sıra başqa məşhurlar də tədbirin iştirakçıları və təltif olunanlarından olublar.

Tədbirdə Azərbaycan futbol klublarından “Qarabağ” da mükafatlar qazanıb. Ağdam təmsilçisinə tədbirdə 2 mükafat təqdim olunub. ”Qarabağ” Türkiyə – Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfəyə görə “Hizmet Onur Ödülü” və “Türk dünyasının başarılı takımı” diplomuna sahib çıxıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*