Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycan “Eurovision-2011”-in qalibi oldu

Azərbaycan “Eurovision-2011”-in qalibi oldu

Azərbaycan təmsilçiləri Eldar və Nigar “Eurovision-2011”-də birinci yerə sahib oldu. Səsvermə nəticəsində 221 xal toplayan duetimiz gözəl ifa, zövqlü səhnə performansı ilə digər ölkələrin nümayəndələrindən fərqlənirdi. Və ilk günlərdən müsabiqənin favoritləri sırasında idi.
Almaniyanın Düsseldorf şəhərində mayın 14-də keçirilən yarışmanın final konsertini ənənəyə uyğun olaraq ötən ilki qalibi açmalı idi. Amma “Eurovision-2010” nun qalibi olan Lena bu ilki müsabiqədə də Almaniyanı təmsil etdiyi üçün həmin missiyanı şounun aparıcıları yerinə yetirdi.
Final mərhələsində 25 ölkə çıxış edirdi. Bu ölkələr: Avstriya, Azərbaycan, Bosniya və Hersoqovina, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya idi.
Beləliklə, Azərbaycan təşkilat komitəsinin 2010-cu ilin oktyabrından başlayan Eurovision hazırlıqları uğurla başa çatdı. AgahMedia.Com portalının İ ctimai TV-yə istinadən məlumatına görə, Milli Seçim turlarında 76 namizəd iştirak edirdi. İctimai Televiziyanln efirində 7 həftə davam edən seçim turlarının sonunda 76 yarışmaçı arasında münsiflər heyətinin səsvermə nəticəsində Eldar və Nigar dueti daha çox səs toplayaraq Azərbaycanın 2011-ci ildəki Eurovision Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdı.
Xatırladaq ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Belqradda keçirilən Eurovision yarışmasında Azərbaycan ilk dəfədən qalib 10-luqda təmsil olunmuşdu. Samir və Elnur dueti həmin il müsabiqədə 8-ci yerdə idi. Daha sonra Moskvadakı “Eurovision-2009” Mahnı Müsabiqəsində Aysel və Araş dueti 3-cü, Oslodakı “Eurovision-2010” yarışmasında isə təmsilçimiz Safura Azərbaycana 5-ci yeri qazandırmışdı.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*