Home » Beynəlxalq, Siyasət, Ümumi » Azərbaycan bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Azərbaycan bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycanin_Milli_Bayragi

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu gündən BMT Təhlükəsizlik Şurasına Azərbaycan sədrlik edəcək. Bu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında ikinci sədrliyidir. Xatırladaq ki, ölkəmiz 2011-ci ilin oktyabrın 24-də ilk dəfə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib və ötən ilin mayında quruma sədrlik edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyir ki, Azərbaycan Təhlükəsizlik Şurasında müzakirə olunacaq sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Azərbaycanın bütün bu məsələlərlə bağlı öz mövqeyi var. Ölkəmizin Təhlükəsizlik Şurasına sədrliyi göstərir ki, Azərbaycanın mövqeyilə hesablaşılır və Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələrdəndir.
BMT Baş Assambleyası 68-ci sessiyanın gündəliyinə isə təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərə nəzarət, beynəlxalq terrorçuluqla mübarizə kimi məsələləri əhatə edən maddələr salınıb. Sessiyada Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışında beynəlxalq ictimaiyyəti narahat edən məsələlər – Suriyadakı böhran, həmçinin işğal altında olan ərazilərimizə dair məsələyə toxunacaq. Sessiyanın gündəliyinə Azərbaycanla bağlı iki məsələ salınıb. BMT Baş Assambleyasının 68-ci sessiyasında iki qətnamə layihəsi var. Bu, işğal olunmuş ərazilərimizdə vəziyyətə dair məsələ və GUAM ölkələri ərazilərində həll olunmamışq münaqişələrdir. Azərbaycan Dağlıq Qarabağ məsələsini bu dəfə də beynəlxalq ictimaiyyətin diqqətinə gətirəcək. BMT Baş Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, müvafiq tədbirlərdə iştirak edəcək. Sessiya müxtəlif ölkələrin nümayəndə heyətləri arasında əlaqələndirmə işinin aparılması və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əlverişli fürsət hesab edilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*