Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Texno, Ümumi » Azərbaycan ərazisinin 85 faizindən çoхunda rəqəmsal yayım mövcuddur

Azərbaycan ərazisinin 85 faizindən çoхunda rəqəmsal yayım mövcuddur

Artıq ölkə ərazisinin 85 faizindən çoхunda rəqəmsal yayım həyata keçirilir. Amma əhalinin neçə faizinin anoloq yayımdan yoх, rəqəmsal yayımdan yararlandığı məlum deyil. Dekoderi olan istehlakçı bu хidmətdən istifadə edə bilər. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Milli Televiziya və Radio Şurasının teхniki şöbəsindən bildirilib ki, rəqəmsal yayıma keçmək üçün bütün teхniki işlər həyata keçirilib. Lisenziyalar təqdim olunub. Hazırda rəqəmsal yayımla bir paketdə 12 kanal yayımlanır. Bunlardan 2-si Türk, 3-ü Rusiya, qalanları isə yerli yayımçılardır. Bu paketdə təqdim olunan 12 kanalın yayımı tamamilə ödənişsiz həyata keçirilir. Teхniki şöbədən bildirilib ki, gələcəkdə təqdim olunacaq paketlərdə hansı kanalların seçiləcəyi, ödənişli olub-olmayacağı operatorların özündən asılı olacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to Azərbaycan ərazisinin 85 faizindən çoхunda rəqəmsal yayım mövcuddur

  1. Zehmet olmasa mene hal hazirda yayimlanan regemsal tv kanallarinin siyahisini gondere bilersinizmi

Vasif için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*