Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Avrozonada borc böhranının çözülməsi planı birjalarda qiymətləri artırdı

Avrozonada borc böhranının çözülməsi planı birjalarda qiymətləri artırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Avropa İttifaqı (Aİ) rəsmilərinin avrozonada borc böhranı problemini həll etmək planları fond birjalarında indekslərin artırmına səbəb olub.
London, Frankfurt və Parisin aparıcı birjalarında artım təxminən 2% təşkil edib. Hong Kong birjası bağlanarkən artım 5,6% təşkil edib.
Avropa komissiyasının prezidenti Jose Manuel Barroso televiziya müsahibəsində bildirib ki, bankların yenidən kapitallaşması məqəsdilə əlaqələndirilmiş addımlar atmaq planları mövcuddur.
Avropa Mərkəzi Bankının keçirəcəyi mətbuat konfransında, sözü gedın planın yeni detallarının açıqlanması gözlənilir.
Son günlər ərzində Avropa ölkələri liderlərinin bankları dəstəkləmək və bakların xilası üçün nəzərdə tutulmuş kredit fondlarına pul ayırmaq planları barədə məqalələr və təhlillər yazılımışdı.
Cümə axşamı günü Jose Manuel Barroso mövcud ümidləri daha da gücləndirib. Euronews TV kanalına müsahibəsində Aİ-nın rəhbəri Avropa banklarının dəstəklənməsi məqsədilə Aİ-nın 27 ölkəsinin əlaqələndirilmiş addımlar atılmasını təklif edib.
Məqsəd bankalra yenidən kapitallaşmağa və toksik aktivlərdən xilas olmaq imkanı verib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*