Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq edəcəyini açıqladı
|
Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq edəcək. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, qurumun xarici işlər nazirlərinin Brüsseldəki toplantısında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı ilə bağlı sonuncu hesabatı müzakirə olunub. Birliyə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri müvafiq komissiyaya yeni sanksiyalar layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı tapşırıqlar verib.“Biz İranın öhdəliklərinə hörmətlə yanaşmasını gözləyirik, lakin hesab edirəm ki, müəyyən təzyiqlər də göstərilməlidir”.Bunu isə Bakıda səfərdə olan qurumun xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib. Onun sözlərinə görə, İrana qarşı lazımi sanksiyalar tətbiq olunacaq.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒