Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” çap edə bilərlər
|
Məlum olduğu kimi,Tələbə Qəbulu üzrə Dövlət Koimissiyası iyulun 3-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcəkdir. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər. AgahMedia.Com portalının Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasından aldığı məlumata görə, I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər.
II və IV ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcəkdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒