3 günə 3 milyon dollar qonarar…
|
Məşhur müğənni Cenifer Lopes Kiprdə 220 milyon dollara tikilən otelin açılışında iştirak edəcək. Aktrisa otelin açılış mərasimində iştirak üçün 3 milyon dollar qonorar alacaq.
AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, oteldə 3 gün qalmağı planlaşdıran dünya şöhrətli ulduz eyni zamanda 41 yaşını da orada qeyd edəcək. С. Lopesi Kiprdə həyat yoldaşı Mark Antoni və əkiz körpələri ilə birlikdə xüsusi təyyarə ilə gələcək. Onları hava limanında ağ “Hummer” qarşılayacaq. Lopesin səhnə avadanlıqlarını isə iki yük maşını daşıyacaq. Lopez oteldə spa, sauna, buxar otağı və cakuzisi olan 650 kvadrat metrlik xüsusi dizayn edilmiş kral dairəsində qalacaq. Kral dairəsi xüsusi olaraq Lopes üçün ağ rəngdə dekorasiya edilib. Ulduz otağına 100 ədəd ağ orxideyanın qoyulmasını istəyib. Bundan əlavə 2 massaj ustası və 2 bərbər də müğənninin ixtiyarında olacaq.Lopes Kiprə 22 iyulda 80 nəfərlik qrupla gələcək. Ulduz özü ilə 3 aşbazını və 5 xüsusi köməkçisini də gətirir. Cenifer otelin 24 İyula planlaşdırılmış açılışında konsert verəcək.
Bu kontentin portalımızda yayınladığı tarix : 30/06/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒