Home
» Bölgələr, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » 2011-ci ilin əfsanələr, folklor və sənətkarlıq “paytaxt”ları elan olundu
2011-ci ilin əfsanələr, folklor və sənətkarlıq “paytaxt”ları elan olundu
|
Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrası ilə bağlı 2011-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə yeni “paytaxt” şəhərlərin adları açıqlanıb. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, namizədliyi irəli sürülmüş 20 şəhər arasından Şabran şəhəri “Azərbaycanın əfsanələr paytaxtı”, Lənkəran şəhəri “Azərbaycanın folklor paytaxtı”, İsmayıllı şəhəri isə “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib. “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı məqsədilə qəbul olunub.
Şabran, Lənkəran və İsmayıllı şəhərlərində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur.
Xatırladaq ki, 2010-cu ildə Gəncə “Azərbaycanın əfsanələr paytaxtı”, Qazax “Azərbaycanın folklor paytaxtı”, Şəki isə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilmişdi.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒