Ərdoğan Merkeli Türkiyənin Avropa Birliyinə yolunu əngəlləməkdə ittiham etdi
|
Türkiyənin Baş naziri rəsmi Berlini Türkiyəni Avropa Birliyinə üzvlük məsələsində dəstəkləməməkdə ittiham edib. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,cənab Ərdoğan bunu Almaniyaya etdiyi səfərlə əlaqədar “Bild” nəşrinə verdiyi müsahibəsində bildirib.
Baş nazirin səfəri “Qastarbayter” qonaq fəhlə qüvvəsinə dair Türkiyə ilə Almaniya arasında müqavilənin imzalanmasının 50 illyinin tamam olmasına təsadüf edir.
Həmin müqavilə milyona qədər türkün Almaniyaya qonaq işçi qüvvəsi qismində gəlişinə şərait yaradıb.
Rəcəb Tayyib Ərdoğanın kansler Angela Merkellə görüşü zamanı 2-tərəfli münasibətləri, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinin perspektivi, Kipr məsələsi, Şimali Afrika və Yaxın Şərq kimi mövzular müzakirə olunub.
Almaniya Türkiyə üçün Avropa Birliyində tam hüququlu üzvlük əvəzində “imtiyazlı partnoyrluq” statusun verilməsinin tərəfdarıdır.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Angela Merkel Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzvlüyünün əleyhinədir və hesab edir ki, türklər Alma cəmiyyətinə qaynayıb-qarışa, inteqrasiya oluna blmirlər.
Lakin Rəcəb Tayyib Ərdoğan hesab edir ki, bunun baş verməsi üçün Almaniyanın siyasi dairələri Türkiyənin Avropa Birliyinə üzvlüyünü qazanmaq cəhdlərinə dəstək verməlidirlər.
Almaniyada 3 mln-a yaxın türk yaşayır, onların yalnız kiçik bir hissəsi Almaniya vətəndaşıdır.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Rəcəb Tayyib Ərdoğan bildirib ki, Almaniyada yaşayan türklərin hamısına bu ölkənin vətəndaşlıq statusunun verilməsinin tərəfdarıdır.Almaniya isə buna razı deyil. Ölkənin Daxili İşlər naziri deyib ki, vətədanşlıq almaq istəyən türklər bunun üçün rəsmi qaydada müraciət etməlidirlər, lakin Almaniya vətəndaşlığını alandan sonra onlar artq Türkiyə vətəndaşlığından çıxmalı olacaqlar.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒