Home » Maraqlı, Ümumi » Zibildən tikilmiş ilk mehmanxana istismara verildi

Zibildən tikilmiş ilk mehmanxana istismara verildi

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Romada zibildən tikilmiş ilk mehmanxana istismara verilib.

 Bu otelin divarları Avropa plyajlarında yığılan töküntülərdən qaldırılıb. ” Playjları Xilas Et ” adlı ekologiya qrupu bu yolla ictimaiyyətin diqqətini problemə cəlb etməyə çalışıb. Anbar böyüklüyündə olan otelin tikilişində Avropa boyu plyajlardan toplanılan 12 ton zibil istifadə olunub. Beləliklə inşaat materialları kimi köhnə ayaqqabı, plastik qablar, maşın hissələri, kitab və oyuncaqlar işlədilib. Bunun nümunəsi kimi divarda plastmas maneken ayağını görmək olar. Mehmanxananın 5 otağında yataq və kürsülər qoyulub. Otelin memarı rəssam Ha Shult otel tikmək vasitəsi ilə güclü bəyanat vermək istədiyini bildirir. Mehmanxana “Plyajları Xilas Et” qrupunun layihəsidir. Təşkilatın fəalı Juan Garcia deyir ki, Avropa plyajlarının hər bir kvadrat kilometrinə il ərzində 4 min kiloyadək zibil atılır. Bu otel məhz problemin miqyasına diqqəti cəlb etmək məqsədi ilə tikilib.Həftəsonu oteldə 5 adam qalacaq. Mehmanxanada otaq xidməti nəzərdə tutulmayıb. Beləliklə təmizlik problem ola bilər. Lakin aksiya müəllifləri bildirirlər ki, bu yolla siyasətçiləri Avropa plyajlarının təmiz saxlanılmasına daha çox səy göstərməyə sövq etməyə çalışıblar.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*