Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Zeytun yağının qiymətində rekord ucuzlaşma…

Zeytun yağının qiymətində rekord ucuzlaşma…

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, zeytun yağının qiyməti 10 illik dövrünün ən aşağı nöqtəsinə çatıb. Artıq maliyyə və iqtisadi böhranla üzləşən İspaniya, İtaliya, və Yunanıstan indi də zeytun yağı böhranı ilə üzləşiblər. “Financial Times” qəzetinin yazdığına görə, Aralıq dəniz ölkələrində yeməklərin əsas inqridienti olan zeytun yağının qiyməti son 10 illiyin minimum nöqtəsinə düşüb. Ən çox zeytun yağı istehsal olunan cənubi Avropa ölkələrində zeytun yağına tələbatın kəskin sürətdə azalmasının əsas səbəbi həmin ölkələrdə yaşanan iqtisadi böhrandır.
Tələbatın azalması eyni zamanda İspaniyada zeytun məhsulunun bu il bol olması ilə üst-üstə düşüb.
Nəticədə həmin ölkələrdə kənd əhalisinin gəlirlərinin aşağı düşəcəyindən ehtiyyat edən Avropa İttifaqı (Aİ) məsələyə müdaxilə etməyə məcbur olub.
Brüsseldəki Copa-Cogesa kənd təsərüffatı işçiləri həmkarlar ittifaqının rəhbəri Pekka Pesoonmen hesab edir ki, yaranmış vəziyyət “bazar üçün ciddi təhlükə kəsb edir”.
“Bu məhsulun istehsalçı ölkələr üçün mühüm əhəmiyyəti var, çünki kənd ərazilərində iş yerlərinin təmin edilməsinə xidmət edir”.
İndiyə qədər İspaniya, İtaliya və Yunanıstan zeytun yağının ən irimiqyaslı istehsalçıları olub, onların payına dünya zeytun yağı məhsulunun 70 faizi düşür.Misal üçün, İspaniyanın bəzi yoxsul əraziləri üçün, o cümlədən işsizlik səviyyəsinin rekord 33% olduğu Andalusiya üçün, zeytun yağı istehsalı iş yerlərinin qorunmasını təmin edir.
Məhsul artığının öhdəsindən gəlmək üçün Aİ işə qarışaraq, məhsu artıqlarının alışına başlayıb. Bu taktika Avropa Mərkəzi Bankı (AMB) tərəfindən İspaniya , İtaliya və Yunanıstanın suveren bondlarının alınmasını xatırladır.
Kənd təssərüffatı işçiləri həmkarlar ittifaqının rəhbərləri və digər rəsmilər hesab edirlər ki, Aİ-ın bu addımı qiymətlərin düşməsinin qarşısını ala biləcək.
Yüksək keyfiyyətli zeytun yağının topdansatış qiyməti bu ay $2,900/ton təşkil edib ki, bu da 2002-ci ildən bəri minimum qiymət nöqtəsidir. 2005-çi ildə zeytun yağının qiyməti $6,000/ton olduğu nəzərə alınmaqla hazırkı qiymət enişinin 50%-dən artıq olduğu aydın olur. Zeytun yağına bitki yağlarının ucuz növləri ciddi rəqabət təşkil etməkdədir.
İspaniyada geniş yayılmış Eroski supermarketlər şəbəkəsində günəbaxan yağı 1.25 euro/litr avroya satdıldığı bir vaxtda, orta keyfiyyətli zeytun yağı 1.99 euro/litr , extra keyfiyyətli zeytun yağı isə 3.25 euro/litr qiymətinə satılır.
Beynəlxalq Zeytun Yağı Şurasının təxminlərinə görə, İspaniyada bu il zeytun yağına tələbat 2002-ci ildəki səviyyədə olacaq. Yunanıstan və İtialiyada isə zeytun yağına tələbat 1995 il səviyyəsinədək düşəcək.
İspaniya, İtaliya və Yunanıstanda tələbatın azalması başqa yerlərdəki tələbatın artımı ilə yalnız qismən örtülür.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*